İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbandan Ukrayna ilə bağlı gözlənilməz çıxış

"Ukraynanın müstəqilliyinin qorunub saxlanması Avropanın təhlükəsizliyi üçün vacibdir".

Musavat.com xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Xristian Demokratların Beynəlxalq Assosiasiyasının konqresində belə bir gözlənilməz bəyanat səsləndirib.

Macarıstan baş nazirinin sözlərinə görə, hazırda Avropa üçün ən vacib məsələ Rusiyadan gələcək təhlükənin qarşısını almaqdır. "Bunun üçün bizə suveren Ukrayna lazımdır", - deyə Orban bildirib.

Macar lider Aİ daxilində Rusiya və Ukrayna arasında münaqişənin həlli yolları ilə bağlı konsensus olmadığını etiraf edib. Onun sözlərinə görə, Macarıstan Rusiyaya qarşı sanksiyaları Brüssellə birlikdə müzakirə etməyə davam edəcək.

Qeyd edək ki, Viktor Orban dəfələrlə Moskva ilə Kiyev arasındakı münaqişədə rusiyayönlü mövqe tutmaqda ittiham olunub. Məsələn, o, bir neçə dəfə Ukraynanın maraqlarını Macarıstanın maraqlarından üstün tutmayacağını söyləyib, üstəlik, Avropa İttifaqının rəsmi Kiyevə 18 milyard avroluq yardım planını dəstəkləmədiklərini açıqlayıb.

Lakin bununla belə, rəsmi Budapeşt Ukrayna tərəfinə güzəştli kredit kimi 187 milyon avro ayırıb. Bir gün əvvəl Orbanın yaxın müttəfiqi sayılan Macarıstan prezidenti Katalin Novak Kiyevə səfər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR