Onlayn ictimai-siyasi qəzet
Bakıda qazi tanışından 100 manat borc istəyib. “Yox” cavabı aldıqda onun mobil telefonunu gizli şəkildə götürərək kart hesabından 600 manat çıxarıb.
Musavat.com-un xəbərinə görə, hadisə “İnşaatçılar” metrostansiyasının çıxışında baş verib.
Qanuni mərc oyunları məntəqəsi işlədən E.Rəfiyevə məxsus mobil telefon oğurlanıb. Sonradan onun kartından 600 manat vəsaitin başqa karta köçürüldüyü məlum olub.
Hadisəni törədən Qafar (ad şərtidir) saxlanılıb. Məlum olub ki, Qafar zərərçəkmiş E.Rəfiyevi daha əvvəldən tanıyırmış. Onun yanına gələrək “poz qazan” oyunu oynayırmış. Sonuncu gün Qafar ondan 100 manat istəyib. E.Rəfiyev pulunun olmadığını deyib.
E.Rəfiyev mobil cihazdan anlayışı olmadığı üçün əvvəllər telefonunu Qafara verərək bir neçə məsələdə kömək istəyib. Həmin zamandan Qafar onun telefonunun şifrəsini bilirmiş.
Qafar danışıq üçün aldığı telefonu götürərək hadisə yerindən qaçıb və yaxınlıqdakı məktəbin həyətində mobil tətbiq vasitəsi ilə E.Rəfiyevin kartından 600 manat çıxarıb. Teleonu da zibil qutusuna atıb.
Saxlanılan Qafar əməlindən peşman olduğunu deyib.
Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs şikayətçi olmadığını bildirib.
“Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən Qafar hökmə əsasən, 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İ.Muradov
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ