İnsanlara hürriyət, millətlərə istiqlal!

“Omikron”un BA.5 variantı Cənubi Qafqazda sürətlə yayılır” - ÜST

Şərqi Avropada “omikron”un alt növü olan koronavirusun yeni BA.5 variantı sürətlə yayılır.

AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun bəyanatında deyilir.

Qeyd olunub ki, Avropa bölgəsində infeksiyadan yoluxma və ölüm hallarında azalma müşahidə olunmağa başlayır, lakin “omikron”un alt növü olan koronavirusun yeni BA.5 variantı səbəbindən COVID-19-un çox sürətlə ötürülmə səviyyəsi qalmaqdadır və bu, ümumi narahatlığa səbəb olur.

Söhbət əsasən Şərqi Avropa, Balkanlar, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən gedir. Eyni zamanda, Qərbi Avropada koronavirus infeksiyasının yayılmasında davamlı azalma qeydə alınır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR