İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümdən sonra hayatın olub-olmadığı ilə bağlı qalmaqallı mövzuya AYDINLIQ GƏTİRİLDİ -İnansaq da, inanmasaq da...

Ölümdən sonra həyatın olub-olmaması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Kimisi öləndən sonra insanın başqa bir aləmdə, başqa bir şəkildə yaşamağa davam etdiyinə, kimisi fərqli vücudda yenidən doğulduğuna, kimisi isə ölümlə hər şeyin bitdiyinə inanır. Əsrlər boyu din xadimləri insanlara ruhun ölməzliyi təlimini təbliğ ediblər. Demək olar, bütün əsas dinlərin nümayəndələri, xristianlar, hinduistlər, yəhudilər və başqaları ruhun ölməzliyinə, bədənin öldüyünə ruhun isə bədəndən çıxıb başqa bir dünyada yaşadığına inanır. Göründüyü kimi, ölümdən sonra həyatın olub-olmadığı ilə bağlı çoxlu və bir-birindən fərqli inanclar mövcuddur.

Bəs, həqiqətən,ölümdən sonra həyat var?

Bu barədə Referans.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, ölümdən sonra nəyin necə olacağını demək mümkün deyil, amma buna hazırlıqlı olmaq lazımdır:

“Biz ana bətnində olanda istəsək də, istəməsək də 9 ay yaşıyırıq. Filin balası deyək ki, 2 il ana bətnində yaşayır və ya digərləri daha qısa bir vaxt ərzində yumurtada qalırlar. Hamısının bir yaşama ömrü var. İndi faktiki olaraq ana bətnində olsaq, bizə deyilsə ki, 9 ay sonra başqa bir dünyaya gedəcəksiniz, həmin dünyada oksigenlə nəfəs alacaqsınız. Belə olan təqdirdə biz ən yaxşı halda, deyərik ki, belə bir şey mümkün deyil. Bu gün biz başqa bir forması olmadan həmin yoldan keçib gəlmişik. İndi də bizə Allah yenə deyir ki, bu dünyadan sonra başqa bir dünyaya keçəcəksiniz”.

İlahiyyatçı bildirib ki, hər hansı bir formada olursa, olsun ölümdən sonra başqa bir dünyaya köçəcəyik. Onun sözlərinə görə, bu keçid formasının necə olacağını bilmək olmaz, amma bir şəkildə keçid olacaq: “Yəni inansaq da, inanmasaq da bu baş verəcək. Nəticədə isə inanan adam ona hazırlıqlı gedəcək, inanmayan adamsa hazırlıqsız gedəcək. İnanan qazanacaq, inanmayan isə itirəcək”.

Elşad miri əlavə edib ki, dünyamızın özündə mütləq ədalət deyə bir anlayış yoxdur. Bu gün Azərbaycanda bir insan 3 nəfəri qətlə yetirərsə, sabah buna 15 il həbs verilərsə, bu ədalət deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR