İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəni kimlər qarışdırmaq istəyir? - şok detallar - Üzeyir Cəfərovla "Canlı debat"

Musavat.com bildirir ki, daha bir Vətən müharibəsi qazisi özünü icra hakimiyyətinin binası qarşısında yandırıb.

Samuxda avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

Təbriz Abdullayev "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.

Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Dünən həmçinin başqa bir qazi də özünü Əmlak məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında özünü yandıracağına dair anons verib.

Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezidentin də xüsusi tapşırığı oldu. (sitat ver) Ancaq yenə də bu sahədə problemlər var. Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Onların təbii ki, travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarını onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər.

Ön cıbhədə düşmənə od ələyən döyüşçülər niyə sülh dövründə özlərinə od vururlar?

Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də polkovnik Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR