İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə üzrə suvarılan torpaqların həcmi açıqlanıb

"Ölkədə kənd təsərrüfatına yararlı torpaq sahəsi 4,78 min.ha (55%), adambaşına düşən kənd təsərrüfatına yararlı torpaq 0,47 hektar, o cümlədən əkinə yararlı sahə isə 0,21 hektar təşkil edir".

Musavat.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib.

"Ölkə üzrə təxminən 1.5 mln. ha ərazi suvarılan torpaqlardır. Suvarılan torpaqların 77.5%-1 əkin (1,2 mln. ha), 8.6% -1 (130 min ha) çoxillik əkmələr və 13.9% -i (170 min ha) isə digər sahələr (biçənək, örüş, həyətyanı və s.) təşkil edir. Ölkə üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının əksər hissəsi, o cümlədən ixracyönümlü kənd təsərrüfatı məhsulları suvarılan torpaqlarda becərilir", - S.Cəfərov qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR