İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiada ərəfəsində Parisdən beş minə yaxın evsiz çıxarılıb

Son bir il ərzində Fransa hakimiyyəti 2024-cü il Yay Olimpiya Oyunları ilə əlaqədar Parisdən təxminən beş min evsiz miqrantı çıxarıb.

Onları avtobusla Lion və ya Marselə aparırlar, orada xüsusi sığınacaqlara yerləşdirirlər.

Hökumət evsiz insanların məhz yaxınlaşan Olimpiadaya görə qovulması faktını təkzib edir və bildirir ki, proses "könüllü köçürmə proqramı" çərçivəsində baş verir.

Miqrantların sözlərinə görə, hakimiyyət onları evlə təmin edəcəyini, həmçinin sosial yardım göstərəcəyini vəd edir.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR