İnsanlara hürriyət, millətlərə istiqlal!

Oliksiy Reznikov: “Ukrayna ordusu düşmənin müdafiəsini yarmağa hazırlaşır”

“Müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşırıq”.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov deyib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri əks-hücuma hazırlaşır: “Amma əks-hücum əməliyyatlarına nə vaxt başlayacağımız dəqiq deyil. Bu, xüsusilə hava şəraitindən asılıdır”.

O.Reznikov bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret tarixi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı seçəcək.

Xatırladaq ki, daha əvvəl Reznikov ehtimal edilən əks-hücum əməliyyatlarının aprel-mart ayında baş tuta biləcəyini söyləmişdi.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazırlaşdığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR