Onlayn ictimai-siyasi qəzet
“Vaqner” ÖHŞ-nin muzdluları dünən “İl-22M” təyyarəsini vurublar.
Musavat.com xəbər verir ki, bu barədə Niderlandın “Oryx” mərkəzi məlumat yayıb.
Bundan əvvəl daha bir təyyarənin – “İl-18”in vurulduğu qeyd olunurdu.
Birinci Kanalın müxbiri İrina Kuksenkovanın sözlərinə görə, “İl-22M”in göyərtəsində 10 nəfər olub. Onların hamısının öldüyü güman edilir. Hətta Cənub Hərbi Dairəsinin qərargahında “Vaqner”in rəhbəri Yevgeni Priqojindən təyyarənin vurulmasının səbəbi soruşulub. Çünki bu təyyarələr havadan zərbə endirmir, başqa funksiyaları yerinə yetirir. Priqojinin cavabı olduqca qəribə olub - “hansısa axmaq zenitçi havada uçan hər şeyi vurub”.
Kuksenkovanın sözlərinə görə, Priqojin ölən pilotların yaxınlarına 50 milyon təzminat ödəməyə razılaşıb.
Nə Priqojin, nə də Rusiya Müdafiə Nazirliyi bu barədə şərh verib.
Müdafiə Nazirliyi qiyamçılarla döyüşlərdə itkilər barədə rəsmi məlumat verməyib. Həm “Oryx”, həm də Rusiyanın hərbiyönlü teleqram kanalları, xüsusən “Rybar” və “Fighterbomer” “Vaqner” muzdlularının təyyarədən əlavə, 6 döyüş helikopterini vurduğunu yazıb. Onların arasında “Ka-52”, “Mi-8”, “Mi-35M” və 3 “Mi-8MTPR-1” elektron müharibə helikopteri var. Ölənlərin sayı 20-yə çata bilər.
Qeyd edək ki, “İl-22M” təyyarələri strateji əhəmiyyətə malikdir və hətta “uçan hava komandanlığı məntəqəsi” adlandırılır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ