İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı açıqlama - RƏSMİ

“Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması barədə” bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla bağlı bayram günlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb" .

Musavat.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O, qeyd edib ki, araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən vətəndaşların müraciətdən xəbərsiz olduğu müəyyən edilib: "Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Tayıflı İƏD üzrə nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər. Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb.

Süni ajiotaj yaratmaq məqsədilə yalan, böhtan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələrini “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyə çağırırıq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR