Onlayn ictimai-siyasi qəzet
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun ödənişli hissəsi ilə bağlı anlaşılmazlıq yaşanıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sürücü bildirib ki, yolun girişinə quraşdırılmış monitora "hibrid giriş yoxdur" yazılıb. Nə baş verdiyini anlamayan sürücü yolda hibrid avtomobillə hərəkətin məhdudlaşdırıldığını düşünüb.
Məsələni aydınlaşdırmaq üçün bağlı AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə sorğu ünvanladıq. Anar Nəcəfli açıqlamasında bildirib ki, burada tamamilə başqa anlayışdan söhbət gedir. Yolda hibrid avtomobillərin hərəkəti ilə bağlı heç bir qadağa yoxdur:
"Orada həm ödəniş məntəqəsinə yaxınlaşıb müvəqqəti kart alıb keçmək də olacaq, həm də daimi kart da alıb (xüsusi çipli kart) alın şüşəsinə yapışdırıb onunla da keçmək olur. Hibrid də məhz bu iki ödəniş üsulunun tətbiqi anlamına gəlir. Sürücülər hər iki kartdan istifadə edərək ödəniş məntəqəsində keçid edə biləcəklər. Hazırda həmin sistem işlək vəziyyətə salınmayıb. Yaxın zamanda kartla keçid olacaq. Burada hibrid avtomobillə bağlı heç bir qadağa yoxdur".
Sözügedən görüntüləri təqdim edirik:
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ