İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nyu-York Tayms": "ABŞ Ukraynanı dəstəkləməkdən yorulub"

“The New York Times” yazır ki, ABŞ vergi ödəyiciləri Ukraynaya çoxmilyardlıq maliyyə yardımlarından yorulublar.

Musavat.com-un ABŞ mediasına istinadan verdiyi xəbərə görə, sorğular göstərir ki, ukraynalıların silahlanmasına ictimai dəstək azalır.

Associated Press-NORC araşdırma mərkəzinin keçirdiyi sorğuya əsasən, Kiyevə yardımı dəstəkləyən amerikalıların sayı keçən ilin may ayından bu yana 60%-dən 48%-ə düşüb. Rew araşdırma mərkəzinin məlumatına görə, ABŞ-ın Kiyevə dəstəyini çox böyük hesab edən respondentlərin payı il ərzində 7%-dən 26%-ə yüksəlib.

Respublikaçılar Partiyasının strateqi Endi Surabian nəşrə müsahibəsində qeyd edib ki, amerikalılar ABŞ-ın digər ölkələrin işlərinə hər oxşar müdaxiləsinə eyni şəkildə reaksiya verirlər. İlk bir neçə ayda Amerika hakimiyyətinin bu siyasəti əhali arasında dəstək tapır. Lakin sonra ABŞ-ın təhlükəsizliyi ilə heç bir əlaqəsi olmayan döyüşlərdən seçici yorğunluğu artmağa başlayır.

Bundan əvvəl Pentaqonun rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələr zamanı bildirib ki, Kiyev ona verilən silahların pulunu ödəməyə başlamalıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR