Onlayn ictimai-siyasi qəzet
ABŞ Nümayəndələr Palatasındakı Respublikaçı çoxluq hökumətin müvəqqəti maliyyələşdirməsini nəzərdə tutan qanun layihəsinə gələn həftəyə planlaşdırılan səsverməni ləğv edib. Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb.
Bildirilir ki, Nümayəndələr Palatasının oktyabrın 7-dən 10-a qədər iclası keçirilməli idi, lakin spiker Mayk Conson konqresmenlərə gələn həftə öz ştatlarında qalmağa icazə verərək onu təxirə saldı.
Portala görə, bu addım Nümayəndələr Palatasının spikeri Mayk Consonun Demokratların hökumətin yenidən açılması üçün razılaşmanı müzakirə etmək tələblərinə “müqavimət göstərməsi” deməkdir.
Sentyabrda Nümayəndələr Palatasında respublikaçı çoxluq müvəqqəti maliyyələşməni noyabrın 21-dək uzadacaq qanun layihəsinin qəbul edilməsinə səs verib, lakin layihə Senatdan keçmədi, Demokratlar onun müzakirə olunmasını tələb edirlər.
Nümayəndələr Palatasının Demokrat azlıq lideri Hoakim Cefferson "biz hökuməti yenidən açmaq və xərcləmə razılaşmasını qəbul etmək üçün ikitərəfli, sağlam düşüncəli bir müzakirə aparmaq istəyirik" deyib və əlavə edib ki, "təəssüf ki, respublikaçılar hətta danışmağa belə maraq göstərmədilər."
Conson isə bunun səbəbini danışacaq bir şeyin olmaması ilə izah edib: "İnsanlar soruşurlar ki, niyə Senatın azlıq rəhbəri Şumer və Cefferson ilə danışıqlar aparmırsınız? Çünki mənim sözün əsl mənasında danışıqlar aparacaq heç bir mövzüm yoxdur".
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ