İnsanlara hürriyət, millətlərə istiqlal!

Noyabrda İranda 76 nəfər edam edilib- STATİSTİKA  

 

İran İnsan Haqları Təşkilatı İranda 1 ay ərzində edam edilənlərin sayını açıqlayıb.

Musavat.com xəbər verir ki, yayılan məlumata görə noyabr ayında İranda 76 nəfər edam edilib.

Bir ay ərzində İranın 31 əyalətinin 161 şəhərində 544 dəfə etiraz aksiyaları keçirilib.

Nümayişlər zamanı saxlanılan etirazçı sayının 650-i tələbə olmaqla ümumilikdə 18.342 nəfər olduğu bildirilir.

Onu da qeyd edək ki,  Zahidan şəhərinin cümə imamı Mövləvi Əbdülhəmid İranda ümummilli etirazların yatırılmasını kəskin pisləyib hökumətə müraciət edərək hərbçilərin küçələrdən kazarmalara qayıtmasını tələb edib.

"Hökumət xalqın istədiyi vaxta qədər yaşayır. Silah və hərbçilərin əli ilə hökuməti saxlamaq olmaz. Zor tətbiq etmək və həbsə salmaqla hökmranlıq etmək olmaz!"

İran mediasının məlumatına əsasən, Qum-Tehran magistralının 6-cı kilometrliyində yerləşən "Mehr və Mah" böyük rifah turizm kompleksinin qapıları hicabsızlara xidmət göstərdiyi və xəbərdarlıqlara əhəmiyyət verilmədiyi üçün möhürlənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR