İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?

Ölkədə birinci sırada hipertoniya xəstəliyindən əziyyət çəkənlər üstünlük təşkil edirlər. İlkin mərhələdə növbəti ildən bu xəstəliyin ambulator müalicəsi üçün xəstələrə dərmanların verilməsi nəzərdə tutulur.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib.

O qeyd edib ki, təkliflər artıq Nazirlər Kabinetinə göndərilib:

“Təkliflərdə ilk siyahıda yüksək təzyiq xəstəliyindən əziyyət çəkənlər nəzərdə tutulub. Ambulator müalicə zamanı hipertoniya xəstəliyi ilə bağlı dərman preparatların verilməsi nəzərdə tutulub. Növbəti mərhələdə mədə-bağırsaq, epilepsiya, tənəffüs yolu xəstəlikləri və s. üzrə statistik nəticələrə uyğun olaraq dərman preparatlarının verilməsinə baxılacaq”.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR