Onlayn ictimai-siyasi qəzet
Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən Nohur gölündə daşma riski yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, güclü yağıntılar səbəbindən gölün daşma riski nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ