İnsanlara hürriyət, millətlərə istiqlal!

Nişanlısı məhbusa telefon gətirdi - Yaxalandı

Bakı istintaq təcridxanasına məhkum üçün gətirilən sovqatın içərisində mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb. 

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - məlumatda qeyd olunub. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR