İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyanın Moskva səfəri gecikir

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci yarısına, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın isə aprelin 8-nə planlaşdırılıb.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri (aprelin ikinci ongünlüyü) və xarici işlər naziri Ararat Mirzoyanın (8 aprel) işgüzar səfəri planlaşdırılır. Müxtəlif səviyyələrdə digər təmaslar üzərində iş aparılır", - Rusiya XİN-dən bildiriblər.

Xatırladaq ki, Ermənistanın baş naziri Rusiyaya gözlənilən səfərini martın 10-da hökumətin iclasında açıqlayıb. Aprel ayında Ermənistan və Rusiya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. N.Paşinyan aprelin 9-da Moskvaya səfər edəcəyini demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR