Onlayn ictimai-siyasi qəzet
Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə hələ də qalan qondarma “DQR”in “prezidenti” Araik Arutyunyan Azərbaycanın tələbləri ilə razılaşıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.
“Bizdə olan məlumatlara görə, Arayik Arutyunyan bütün maşınların Azərbaycanın Laçında qurduğu sərhəd məntəqəsindən keçməsini istəyib. O, buna görə Rusiya tərəfi ilə razılaşma olduğunu söyləyib.
“Gələn informasiyalara əsasən, Arayik Arutyunyan bu günlərdə Qarabağ erməniləri ilə intensiv görüşlər keçirir və vəziyyəti izah etməyə, əsaslandırmağa çalışır. Bu görüşlərdə ona bəzi iradlar səslənib. Arutyunyana “Qarabağın qalan hissəsinin Azərbaycana təslim edilməyəcəyi” barədə sözləri də xatırladılıb”,-deyə qəzet yazıb
Separatçı erməninin buna cavabı belə olub: “Nikol hər şeyi satıb, mən nə edə bilərəm”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ