İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəvə nənəsini çəkiclə döyüb öldürdü

Moskvada təqaüdçü başından çəkiclə aldığı zərbədən dünyasını dəyişib.

Musavat.com lent.az-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi xəbər verir ki, paytaxt sakininin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

İdarədən verilən məlumata görə, "Qələbə" meydanında yerləşən hündürmərtəbəli mənzildə 34 yaşlı kişi çəkiclə 79 yaşlı qohumunun başına xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

Müstəntiqlər tezliklə şübhəli şəxsi dindirəcək və cinayətin motivini müəyyən edəcək. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayət işi başlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR