İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan ŞOK AÇIQLAMA: "Arvadımı incidirlər..." - Həmin GÖRÜNTÜLƏR

Netanyahu hökumətinin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran tənzimləməsi ölkə daxilində kütləvi etirazlara səbəb olub.

Musavat.com xəbər verir ki, etirazçılar nümayiş çərçivəsində küçələri bağlayaraq nazirlərin evləri qarşısına toplaşıb, polis nümayişçilərə gözyaşardıcı qazla cavab verib. İsrail mediası ölkə daxilində onlarla insanın həbsin edildiyini yazır.

Baş nazir Benyamin Netanyahu mövzu ilə bağlı açıqlamasında anarxiyaya göz yummayacaqlarını bildirib: "Nümayiş azadlığı ölkəni anarxiya və xaosa sürükləmək üçün bəhanə deyil. Suveren ölkə xaosa tab gətirə bilməz".

64005f6fc03c0e2ec44f1453.jpg (175 KB)

Netanyahu nümayişçiləri “qırmızı xətti” keçməkdə günahlandırıb. İsrail prezidenti İsaak Hersoq tərəfləri bir araya gətirməyə çalışsa da, buna nail ola bilməyib.

İsrailin paytaxtı Təl-Əvivdə etirazlar zamanı gərginlik daha da artıb. Etiraz zamanı yüzlərlə nümayişçi baş nazir Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun olduğu Kikar HaMedina Plazanın qarşısına toplaşıb.

İsrail bayrağını açan nümayişçilər şüarlar səsləndirərkən Həmin vaxt saç ustasının yanında olan Sara Netanyahu içəridə qalıb. Əraziyə çoxlu sayda əlavə qüvvə göndərilib. Sara Netanyahu saatlar sonra çətinliklə oradan çıxarılıb.

64005c4dc03c0e2ec44f144a.jpg (99 KB)

Binyamin Netanyahu sosial media hesabında yazıb: “Anarxistlər (Yair) Lapidin rəhbərliyi altında qırmızı xətləri keçməyə davam edirlər. Hazırda həyat yoldaşım Saraya hədə-qorxu gəlirlər, incidirlər. Mən Lapid və onun müxalifətini buna tez bir zamanda son qoymağa və bu rüsvayçı hərəkəti pisləməyə çağırıram”.

Təl-Əvivdə hökumət əleyhinə nümayişlər zorakılığa çevrildikdən sonra müxalifət partiyasının lideri və keçmiş müdafiə naziri Benni Qantz İsrailin vətəndaş müharibəsinə sürükləndiyi barədə xəbərdarlıq edib və baş nazir Benyamin Netanyahunu dərhal görüşə dəvət edib.

"Biz nə vaxt dayanacağıq? Vətəndaş müharibəsi yaxınlaşır və koalisiya gözlərini yumaraq ona doğru qaçır. Bu, həqiqətən də fövqəladə vəziyyətdir, ölkə uçuruma sürüklənə bilər" - Benni Qantz deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR