İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan səs-küylü çağırış: “Tramp ən azı 4 dəfə Nobel Sülh Mükafatına namizəd göstərilməlidir”

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın qlobal siyasətdəki xidmətlərinə görə dəfələrlə Nobel Sülh Mükafatına namizəd göstərilməli olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, “Fox News” kanalına müsahibə verən Netanyahu açıq şəkildə bildirib:

“Hər kəs Trampın dünyanın müxtəlif yerlərində gördüyü işlərə görə onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə qoşulmalıdır. Məncə, o, ən azı 4 dəfə bu mükafata namizəd göstərilməlidir”.

İsrail liderinin bu fikirləri ABŞ-ın keçmiş və hazırkı administrasiyaları arasındakı fərqi vurğulayan siyasi mesaj kimi də dəyərləndirilir.

Netanyahu xüsusilə Tramp dövründə İsrailin beynəlxalq mövqelərinin gücləndiyini, “Avraam sazişləri” çərçivəsində bir sıra ərəb dövlətləri ilə diplomatik əlaqələrin qurulduğunu xatırladaraq, bunun sülh proseslərinə unikal töhfə olduğunu qeyd edib.

İsrail baş naziri əlavə edib ki, məhz Tramp administrasiyası Yaxın Şərqdə İranın nüvə proqramı ilə bağlı təhdidlərini neytrallaşdırmağa imkan verən prosesləri sürətləndirib, eyni zamanda İsrailin təhlükəsizliyini təmin etmək üçün real addımlar atıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR