Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu qidadan zəhərlənib.
Musavat.com xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.
Məlumata görə, Netanyahu dünən axşam saatlarında qəbul etdiyi qidadan sonra səhhətində problem yaşayıb. Nəticədə o, bu gün keçirilən Nazirlər Kabinetinin iclasına qatılmayıb.
Baş nazirin həkimləri onun vəziyyətinin yaxşı olduğunu, lakin tam bərpa üçün 3 gün istirahət etməli olduğunu bildiriblər.
Rəsmi dairələrdən verilən açıqlamada hadisənin ciddi olmadığı və Netanyahunun tezliklə işinə qayıdacağı qeyd olunub.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ