Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın silahsızlaşdırılmasını “növbəti vacib addım” adlandırıb.
Musavat.com xəbər verir ki, CBS telekanalına müsahibəsində Netanyahu bildirib:
“Birincisi, HƏMAS silahı yerə qoymalıdır. İkincisi, Qəzzada silah zavodlarının olmadığına və bölgəyə kontraband silahın gətirilmədiyinə əmin olmalısınız. Bu, demilitarizasiya deməkdir”.
İsrail rəhbərinin sözlərinə görə, əgər HƏMAS bu şərtləri yerinə yetirməzsə, bölgədə “həqiqi xaos başlayacaq”.
Netanyahu əlavə edib ki, Qəzzanın sabitliyə qovuşması üçün əsas şərt HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması və bölgədə silah istehsalının, həmçinin silah qaçaqmalçılığının tam qarşısının alınmasıdır.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ