Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Binyamin Netanyahu Almaniya kansleri Fridrix Mertslə telefon danışığında Almaniya hökumətinin İsrailə silah satışına icazəni dayandırmaq qərarına görə məyus olduğunu bildirib və bu addımı terrorizmin təşviqi kimi qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə İsrail hökuməti rəhbərinin Dəftərxanası məlumat yayıb.
"Netanyahu kansler Merts ilə telefonla danışıb və İsrailə silah embarqosu tətbiq etmək qərarından dərin məyusluğunu dilə gətirib. Almaniya Holokostdan sonra yəhudi xalqına qarşı ən qəddar hücumu həyata keçirən terror qruplaşması HƏMAS-a qarşı İsrailin ədalətli müharibəsini dəstəkləmək əvəzinə, əslində İsrailə silah embarqosunun tətbiqi ilə terrorizmi təşviq edir", - məlumatda bildirilir.
Söhbət zamanı Netanyahu vurğulayıb ki, İsrailin məqsədi Qəzzanı işğal etmək deyil, onun HƏMAS idarəçiliyindən azad edilməsi və orada sülhsevər hökumətin formalaşması üçün şərait yaratmaqdır.
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ