İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəqliyyat ekspertindən açıqlama: “Əgər tıxac problemini həll etmək istəyiriksə...”

"Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ hazırda müzakirə edilmir."

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında bildirib.

Rəhman Hümmətov: Azərbaycanda daşıyıcıların sayı 2 dəfəyə yaxın artıb -  AZƏRTAC

Musavat.com-un xəbərinə görə, R.Hümmətov deyib ki, Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur. Amma ictimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı bir konkret fikir yoxdur. “Bu qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq və tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ diqqətdən kənardır. Sadəcə bu məsələ müəyyən ərazilərin olmasını tələb edir", - deyə o əlavə edib.

64ae3e00-20e0-43d8-8aae-0818f55f873c.jpg (34 KB)

Rauf Ağamirzayev

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzayev Musavat.com-a bildirib ki, təcrübədə təsbit olunduğu kimi, relsli nəqliyyat daha çox sərnişin daşımağa malikdir. Ekspert qeyd edib ki, tramvay bir çox baxımdan sərfəli və effektiv nəqliyyat növüdür: “Tramvay həm daha çox sərnişindaşıma, həm uzunmüddətli istismar baxımından effektiv nəqliyyat növüdür. Eyni zamanda ekoloji cəhətdən də təmiz sərnişindaşıma növüdür. Bakıda uzun illər tramvaylar çalışıb. Son 20 ildə isə təəssüf ki, sərnişindaşımada istifadə olunmur. Hesab edirəm ki, tramvay xətlərinin bərpası, tramvayların sərnişindaşımada istifadəsini müzakirə etməyin vaxtı çatıb. Əgər tıxac problemini həll etmək istəyiriksə, vətəndaşlara ciddi alternativlər təklif edilməlidir. Bu məsələni indidən araşdırıb, həll yolları fikirləşməliyik”.

Xatırladaq ki, bu yaxınlarda jurnalistlərə açıqlamasında Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR