İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhəng neft zavodunda DƏHŞƏTLİ PARTLAYIŞ - yaralananlar var

Kaliforniyanın Martines şəhərindəki neft emalı zavodunda güclü yanğın baş verib, nəticədə azı üç nəfər xəsarət alıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə “Shell Avenue” ərazisində qeydə alınıb. Yanğının və partlayışın əsas səbəbi karbohidrogen sızması kimi göstərilir. Hadisə yerində genişmiqyaslı alovlanma baş verib.

Zavodun üç işçisi yüngül xəsarətlər alaraq tibbi yardım alıb. Bütün işçilər dərhal ərazidən təxliyə edilib. Yanğın başladılandan üç saat sonra ətraf bölgələrdə özünütəcrid əmri verilib.

Hazırda hadisənin tam araşdırılması və təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR