Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb. Bu barədə Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Kiyevlə danışıqların şərtləri bunlardır: Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır.
Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək.
"Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər", o deyib.
Putinin sözlərinə görə, Rusiya 2022-ci il martın 5-də Moskvaya səfər edən xarici liderin vasitəçiliyini qəbul edib. Putin qeyd edib ki, 2022-ci ilin martında Moskva Rusiyanın Krıma quru çıxış şərti ilə Ukraynanın Xerson və Zaporojye vilayətləri üzərində suverenliyini qoruyub saxlamağı istisna etməyib.
Rusiya Prezidenti həmin vaxt vasitəçilik edən xarici ölkə liderinin daha sonra Kiyevə səfər etdiyini, bu təklifi orada səsləndirdiyini, lakin Ukraynanın həmin təklifi rədd etdiyini və həmin xarici ölkə liderini Rusiyanın maraqlarını müdafiə etməkdə günahlandırdığını söyləyib.
Repatriasiya tədbirləri nəticəsində müharibədə həlak olan 254 ukraynalı hərbçinin meyiti qaytarılıb. Bu barədə Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı məlumat verib.
Donetsk istiqamətində döyüşlərdə həlak olan 221, Zaporojye istiqamətində döyüşlərədə həlak olan 25, Luqansk istiqamətindən həlak olan 4 ukraynalı hərbçinin meyitlərini, eyni zamanda Rusiya ərazisindəki morqlardan təhvil alınmış 4 əsgərin meyitini vətənə gətirmək mümkün olub.
Ukrayna Silahlı Qüvvələri repatriasiya edilmiş cəsədləri və qalıqları müvafiq dövlət qurumlarına verəcək və hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcəklər. Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Turab Rzayevlə Putinin irəli sürdüyü şərtləri müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ