İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin ucuzlaşması Rusiya ticarətini çökdürür: 32 faizə yaxın azalma...

2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın tədiyə balansının cari hesabının müsbət saldosu 21,1 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin analoji dövründəki 30,9 milyard dollarlıq nəticədən 31,7 faiz azdır.

Musavat.com Rusiya Mərkəzi Bankının açıqladığı hesabata istinadən xəbər verir ki, cari əməliyyatlar hesabının profisitinin azalması ticarət dövriyyəsinin düşməsi, ilkin və təkrar gəlirlərdə ümumi kəsirin genişlənməsi hesabına baş verib.

2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın xarici ticarət balansının profisiti 2024-cü ilin eyni dövründəki 46,6 milyard dollarla müqayisədə 15,9 faiz azalaraq 39,2 milyard dollar təşkil edib.

Cari əməliyyatlar hesabının müsbət saldosu 2025-ci ilin aprelində 4,4 milyard dollar təşkil edib ki, bu da martdakı 7,3 milyard dollardan 39,7 faiz azdır. 2024-cü ilin aprel ayı ilə (7,1 milyard dollar) müqayisədə bu ilin aprelində müsbət saldo 38,0 faiz azdır.

Cari əməliyyatlar hesabının profisitinin aprel ayında mart ayı ilə müqayisədə azalması ticarət balansının müsbət saldosunun azalması ilə əlaqədardır.
Apreldə ticarət balansının profisiti mart ayı üzrə yenidən işlənmiş rəqəmlə (11,8 milyard dollar) müqayisədə 23,7 faiz azalaraq 9,0 milyard dollar olub. Bu ilin aprel ayı üzrə göstərici 2024-cü ilin aprel ayı (11,8 milyard dollar) ilə müqayisədə 23,7 faiz azdır.

Qeyd edək ki, Rusiya ticarət və cari balansındakı kəskin azalma neft qiymətlərinin ucuzlaşması, həmçinin Ukrayna üzərindən Avropaya qaz ixracının tamamilə dayandırılması ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

19 May 2025

BÜTÜN XƏBƏRLƏR