Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşmasının vaxtı dəyişdirilib.
Musavat.com Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, buna səbəb həmin gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsidir.
Matç əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 30-da saat 19:00-da deyil, mayın 2-də saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ