Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasının II turunda "Səbail" - "Neftçi" ilə heç-heçə etdi - 2:2.
Musavat.com offsideplus.az-a istinadən xəbər verir ki, oyundan sonra "Neftçi" azarkeşləri ilə oyunçuları arasında qalmaqal yaşandı. Fanatlar oyunçuları tənqid etmək üçün tribunalara dəvət etdilər. Azarkeşlər kapitan Emin Mahmudova şikayətlərini dedikləri zaman Ervin Koffi tribunalardan uzaqlaşmaq istədi. Bu an fanatlar ondan geri qayıtmalarını istədi. Əsəbiləşən müdafiəçi azarkeşlərə su butulkası tulladı. Bundan sonra ara qarışdı. Fanatlardan biri meydana daxil olsa da, polis və təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edərək hadisənin böyüməsinin qarşısını aldı. Bundan sonra Yuri Matias və Emin Mahmudov azarkeşlərdən üzrxahlıq etdi.
Hadisələrin geniş videosunu təqdim edirik:
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ