İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondu AzərGold-dan qızıl almır - SƏBƏB

Azərbaycan Dövlət Neft Fondu ötən il AzərGold QSC-dən qızıl almayıb.

Musavat.com xəbər verir ki, bunu Fondun rəsmisi İdrak İsgəndərov deyib.

Onun sözlərinə görə, Fond dünyada qəbul olunmuş standartlara uyğun olan qızıl külçələri alır.

Bu alışlar London birjasında həyata keçirilir, yəni orada ticarət olunan qızıllar alınır.

Neft Fondu AzərGold-dan qızılı 2019-2020-ci illərdə alıb.

Bu il Neft Fondu qızıl ehtiyatlarını 170 tona çatdıracaq. Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalovun sözlərinə görə, 2024-cü ildə alınan 44,8 ton qızılın 41 tonu ölkəyə gətirilib.

Ehtiyatların həcmi isə 146.6 tona çatdırılıb: "Qızıl alışları davam etdirilir. Bu ilin aprel-may aylarında ümumi miqdarın 170 tona, qızılın investisiya portfelində payının isə 25 faizə çatdırılması nəzərdə tutulur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR