İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə Putin, nə də Zelenski bilmir müharibə necə yekunlaşacaq” – Vüqar İsgəndərovdan Rusiya-Ukrayna müharibəsinə ÖZƏL BAXIŞ - VİDEO

“Əgər Rusiya və Ukraynanın prezidentlərinə bu müharibənin necə yekunlaşacağı ilə bağlı sual versəz, onlar da cavablaya bilməzlər”.

Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Vüqar İsgəndərov bildirib. Onun fikrincə, hər iki ölkə bataqlıqdadır: “Az öncə Rusiyanın bataqlıqda olduğu deyildi. Amma Ukrayna da dərin bataqlıqdadır. Çətinlik, şəhərlərin dağılması, insanların miqrasiyası, iqtisadiyyatın çökməsi. 30 ilə yaxın dönəmdə Ukrayna Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasını təklif edirdi.

Mən də öz növbəmdə deyə bilərəm ki, bu məsələnin sülh yolu ilə həll olunmasını istəyirəm. Bu, Rusiya-Ukrayna müharibəsi kontekstindən çoxdan çıxıb. Dağın görünməyən tərəfində Rusiya tək Ukrayna ilə yox, daha böyük güclərlə vuruşur. Heç kim verdiyi silahı, maliyyəni inkar etmir. Bunlar olmasaydı, Ukrayna Rusiya qarşısında tab gətirə bilməzdi. Mən bunun yaxın zamanlarda bitəcəyini gözləmirəm. Heç bir tərəf geriyə çəkilməz. Burda güclər özəl kompromisə gəlməlidir”.

Verilişin tam forması aşağıdakı linkdə:

 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR