İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən Ənvər Həsənovla bağlı AÇIQLAMA

"Mədəniyyət Nazirliyi görkəmli aktyor Ənvər Həsənovun səhhətində yaranmış problemlə bağlı onun ailə üzvləri ilə mütəmadi olaraq əlaqə saxlayır. Nazirlik tərəfindən sevilən aktyorumuzun müalicəsi ilə bağlı lazımi tədbirlər görülür".

Bu barədə Mədəniyyət Nazirliyindən "Yeni Müsavat"ın sorğusuna cavab olaraq bildirilib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov bir neçə gün öncə səhhətində yaranmış ciddi problemlərə görə xəstəxanaya yerləşdirilib. Aktyorun qızı Aytən Həsənova mətbuata açıqlamasında aidiyyəti qurumların, o cümlədən Mədəniyyət Nazirliyinin bu məsələyə biganə yanaşmasından gileylənmişdi.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR