İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən əhaliyə CİDDİ XƏBƏRDARLIQ

“Günvurma Günəş şüalarının beyinə təsiri nəticəsində yaranır”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

Həkim bildirib ki, ilkin əlamətlər tənəffüs saylarının artması, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, başgicəllənməsi və s. kimi hallarla müşahidə edilir:

“Həkimə vaxtında müraciət edilməsə, tənəffüs, ürək çatışmazlığı kimi əlamətlər özünü kəskin şəkildə göstərə bilər”.

Həkim qeyd edib ki, günvurmanın nəticəsinin ağırlığı yaş, alkoqollu içki və s. kimi faktorlardan da asılı olur.

“Günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda məsləhət görülmür”, - deyə həkim əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR