İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik su ilə bağlı maarifləndirici təşviqat kampaniyasına başladı - MARAQLI VİDEOÇARX

Son vaxtlar həm ölkəmizdə, həm də bütünlüklə dünyada su mənbələrinin qorunması və ehtiyatlardan düzgün istifadə edilməsi ilə bağlı məsələlərin gündəmdə olması diqqət çəkir. Sənayeləşmənin inkişafı fonunda yaranan müxtəlif ekoloji problemlər sırasında ən öncüllərdən olan su ehtiyatlarının qorunması insanların davamlı olaraq su ilə təmin edilməsinin əsasını təşkil edir.

Ölkəmizdə bu istiqamətdə mütəmadi görülən tədbirlər sırasına daha birinin əlavə olunması sevindirici haldır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə məqsədilə maarifləndirici təşviqat kampaniyası başladılmışdır. Kampaniyada su mənbələrinin dəyərinin dərk edilməsi, sudan qənaətli istifadə vərdişlərinin aşılanması və bunların sayəsində gələcək nəsillərin su ilə təmin olunmasında yaşana biləcək təhlükələrin qarşısının alınmasının vacibliyi vurğulanır.

Bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılan kampaniyanın birinci mərhələsi “Bir damcı öyrənək” adı altında hər gün istifadə etdiyimiz suyun mənzillərimizə, ofislərə gəlib çatana qədər keçdiyi uzun və çətin yolu insanlara çatdırır. Bir toxunuşla krandan əldə etdiyimiz suyun əslində uzun proseslərdən keçərək bizə gəlib çatması qrafiki video şəklində elə su damcısının dili ilə təsvir olunur. Müxtəlif su mənbələrindən başlayaraq uzun yol qət edərək, xüsusi qurğularda təmizləmə prosesindən, laboratoriyalarda sınaqlardan keçərək və digər bir sıra mərhələləri geridə qoyaraq istifadəyə yararlı hala gələn hər su damcısının dəyərinin bilinməsi çox önəmlidir. Məhz bu məqamın geniş kütləyə çatdırılmasını hədəf alan kampaniya “Bir damcı öyrənək” şüarı ilə müxtəlif kommunikasiya kanalları – televiziya və radio reklamları, sosial şəbəkə platformaları, açıq hava reklamlarını əhatə edir. Kampaniya barədə ətraflı məlumat ilə birdamci.az veb-saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, kampaniyanın kommunikasiya strategiyasını “Maverick” kommunikasiya agentliyi işləyib hazırmış, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən həyata keçirilmişdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR