İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik "Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası"nı cərimələdi

"Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası" İctimai Birliyi (İB) 1500 manat cərimə olunub.

Musavat.com xəbər verir ki, buna səbəb ictimai birliyin 2024-cü il üzrə maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməməsi olub.

Bununla da təşkilat mühasibat uçotu üzrə qanunvericiliyin tələblərini pozub.

Maliyyə Nazirliyi ictimai birlik barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati protokol tərtib edib.

İctimai birliyin nümayəndəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilsə də, onlar prosesdə iştirak etməyib. Məhkəmə araşdırması ilə təşkilat cərimələnməsini haqlı hesab edib.

Məhkəməyə təqdim edilmiş bildirişlərdən də aydın olub ki, təşkilat Maliyyə Nazirliyinin çağırışlarına da məhəl qoymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR