Onlayn ictimai-siyasi qəzet
Fransanın baş naziri Fransua Bayru ölkənin böyük dövlət borcunu və büdcə kəsirini azaldacaq plan təqdim edib. O, pensiya və müavinətlərin 2025-ci il səviyyəsində dondurulmasını istəyir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu plana görə, fransızlar nasizm üzərində qələbənin bayram edilməsindən məhrum ola bilərlər. (Fransada Qələbə günü mayın 8-də qeyd olunur).
Bayru gələn il təxminən 43,8 milyard avroya qənaət etməyi planlaşdırır. Xərcləri azaltmaq üçün Qələbə günü ilə yanaşı Pasxa bayramı da təhdid altındadır, çünki onun dini əhəmiyyəti olmadığı iddia edilir.
Bayrunun sözlərinə görə, fransızlar artıq beşinci təqvim ayında çox istirahət edirlər. Onlar əvvəlcə Əmək gününü qeyd edirlər, sonra Avropada II dünya müharibəsinin bitməsini, sonra isə Yüksəliş gününü qeyd edirlər.
Fransa üçün 20-ci əsrin əsas müharibəsi I dünya müharibəsi oldu. Bu müharibədə daha çox fransız həlak olub və bu, xalqın kollektiv yaddaşında daha dərin iz buraxıb. Buna görə də Bayru ümid edir ki, 8 May bayramının ləğvi cəmiyyətdə böyük hiddətə səbəb olmayacaq.
Baş nazir deyib ki, büdcənin sabitləşməsinə “hər kəs öz töhfəsini verməli olacaq”. Odur ki, fransızlar daha çox işləməli və iqtisadiyyata daha çox mənfəət verməlidirlər.
Bayru təqaüdlərin və sosial müavinətlərin həcmini artırmamağı da təklif edir. Ən azı gələn il adambaşına düşən ödənişlərin məbləği builki ilə eyni olacaq. Bundan əlavə, dövlət xərclərinin dondurulması təklif edilir.
Ölkə müxalifəti baş nazirin planına kəskin reaksiya verib. Artıq ifrat sağçılar da, solçular da öz narazılıqlarını bildiriblər.
Musavat.com
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ