İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda radioaktiv uranı satmağa cəhd edən şəxs tutuldu – alıcı türkiyəli olub

Gürcüstan Prokurorluğu ölkə vətəndaşının qanunsuz şəkildə əldə etdiyi radioaktiv uranı satmaq cəhdini ifşa edib.

Musavat.com prokurorluğun yaydığı məlumata əsasən xəbər verir ki, həmin şəxs uranu 3 milyon dollara satmaq istəyib və alıcı Türkiyə vətəndaşı olub.

Təhlükəli elementin dəqiq haradan və necə əldə edildiyi barədə məlumat verilmir. Lakin hüquq-mühafizə orqanları bu fakt üzrə cinayət işi açaraq, məhkəməyə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müraciət edib.

Hazırda istintaq orqanları bu cinayətin mümkün beynəlxalq əlaqələrini, xüsusilə radioaktiv maddələrin qanunsuz dövriyyəsində xarici vətəndaşların iştirakını araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR