Onlayn ictimai-siyasi qəzet
Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Musavat.com xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.
“Dəyərli müəllimlər! Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!”, - nazir qeyd edib.
Qeyd edək ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ