İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini: "Azərbaycan su ehtiyatlarına görə 140-cı yerdədir"  


"Son günlərin ən çox müzakirə olunan mövzularından biri su problemidir. Təəssüf ki, iqlim dəyişiklikləri su probleminə ciddi mənfi təsir edir".

Musavat.com xəbər verir ki, Ekologiya və Təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən birifinqdə deyib. O qeyd edib ki, Azərbaycan məhdud su resurslarına malikdir: "Ölkəmizdə su ehtiyatının 70 faizi mənbəyi xarici ölkələrdə olan suların hesabına formalaşır. Azərbaycan su ehtiyatlarına görə 140-cı yerdədir. Bu baxımdan su ehtiyatlarının səmərəli istifadəsi üçün 2020-ci ildən bu istiqamətdə müvafiq işlər görülməyə başlayıb".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR