İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda taksi sürücüləri AYAĞA QALXDI - Aksiya keçirilir (VİDEO)

Naxçıvanda bir qrup taksi sürücüsü etiraz aksiyası keçirib.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat verib.

O, qeyd edib ki, etirazçılar Ali Məclisin sabiq sədri Vasif Talıbovun çıxardığı qanunun qurbanı olduqlarını dilə gətiriblər.

Belə ki, sürücülər məcburi qaydada "Naz-Lifan" aldıqlarını əsas gətirərək bununla bağlı etirazlarını bildiriblər.

Onlar bildiriblər ki, sabiq sədrin dövründə Naxçıvan ərazisində başqa model avtomobillə taksi fəaliyyəti göstərmək mümkün olmayıb. Buna görə həmin avtomobilləri 35 min manata almağa məcbur qalıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR