İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda gərginlik, bölgədə yeni gəlişmələr- Fərəc Quliyevlə CANLI MÜZAKİRƏ

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində etiraz aksiyası keçirilir. Sosial şəbəkələrdə yayılan məlumata görə, bu gün “Cahan” Ticarət Mərkəzinin işçiləri etiraz aksiyasına başlayıblar. Buna səbəb kimi icarə haqqının yüksək olması göstərilir. Sahibkarlar Naxçıvan Ali Məclisi istiqamətində yürüş edərək, şikayətlərini yeni rəhbərliyə çatdırmaq istədiklərini bildiriblər.

Gələn xəbərlərdən belə məlum olur ki, son hadisələrdən sonra acınacaqlı duruma düşmüş ermənilərin bir hissəsi artıq separatçılarla yola getməməyə başlayıb. Onlar mütəmadi olaraq belə davam etməsinin mümkün olmadığını, artıq dözmədiklərini dilə gətirirlər. Hətta bir çoxları “Bizi aldatdız, dediniz ki, hər şey yaxşı olacaq. Amma siz varlandız, sizə yaxşı oldu, biz isə acımızdan ölürük” deyə bildirirlər.

Həmin məlumatlardan birində isə deyilir ki, iki gün öncə Xocavənd rayonunun mərkəzində separatçıların cəza dəstələri ilə erməni sakinlər arasında dava düşüb. Belə ki, sakinlər cəza dəstələri ilə toqquşublar. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Sakinlərin çox olmasını görəb separatçılar isə aradan çıxıblar.
TV Musavat-ın saat 15:00-da canlı efirində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə ilin ilk günlərinin hadisələrini müzakirə edirik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR