Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin külli miqdarda vergi borcu yaranıb.
Musavat.com xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarənin bu gün üçün vergiyə olan borcu 100 min manatdan çoxdur.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi bir müddət əvvəl tender elan etmişdi. Elanda qazanxanaların əsaslı təmir işlərinin satınalınması nəzərdə tutulur.
Xatırladaq ki, Naxçıvandan bir çox dövlət qurumlarının, özəl şirkətlərin vergiyə milyonlarla manatdan çox borcu var.
İ.Muradov
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ