İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Prokurorluğunda bir neçə cinayət işi başlanılıb

“Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni rəhbərliyi ilə birgə vətəndaşlardan daxil olan ərizə və şikayətləri diqqətlə araşdırır. Hazırda həmin ərizə və şikayətlər əsasında bir neçə cinayət işi başlanılıb. Gələcəkdə istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında saflaşdırma işləri davam etdiriləcək:

“Həm Baş Prokurorluğun, həm də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun əməkdaşlarından ibarət birgə istintaq qrupları yaradılıb. Hesab edirəm ki, bu işlərin də kifayət qədər səmərəsi olacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR