İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı 12-ci dəfə cərimə kamerasına göndərildi

Rusiyanın müxalif siyasətçisi, Vladimir vilayətindəki koloniyalardan birində cəza çəkən Aleksey Navalnı 12-ci dəfə cərimə izolyatoruna salınıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Navalnı bu dəfə də “özünü düzgün təqdim etmədiyi üçün” 15 sutkalıq cəzalandırılıb.

Qeyd edək ki, sonuncu dəfə o, bu ilin yanvar ayında eyni səbəbdən izolyatora göndərilmişdi. Bundan əvvəl müxalif siyasətçinin ağır rejimli kameraya salınmasına “paltarının düyməsini açmaqdan”, “hasarın yuyulmasından imtina etməsi” kimi bəhanələr səbəb olmuşdu.

Cərimə izolyatoru xüsusilə sərt saxlanma şəraiti ilə seçilir. Navalnının təsvirinə görə, ora saatlarla dəmir oturacaqda oturmaq məcburiyyətində qalınan iki-üç metrlik kameradır. 2022-ci ilin iyununda Navalnı Pokrovdakı ümumi rejimli cəzaçəkmə müəssisəsindən Melexovodakı sərt rejimli həbsxanaya köçürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR