İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO şərq cinahını genişləndirir

Şimali Atlantika Alyansının şərq cinahında üzv ölkələrdə yerləşən batalyonları kritik vəziyyətdə briqada səviyyəsinə qədər artırılacaq.

"Report"un məlumatına görə, bunu BNS-ə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

Qeyd edilir ki, 2022-ci ildə Madriddə NATO-nun sammitində şərq cinahda səkkiz batalyon səviyyəsində döyüş qrupunun yerləşdirilməsi qərara alınıb, ehtiyac yaranacağı təqdirdə onlar briqada səviyyəsinə qədər artırıla bilər.

Admiral xatırladıb ki, NATO-ya üzv ölkələrin bəziləri batalyonların gücləndirilməsi istiqamətində təlimlər həyata keçiriblər.

Litva ilk olaraq ərazisində müttəfiq briqadasının daimi yerləşəcəyi NATO üzvü olmaq niyyətindədir.\\"Report"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR