İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyaya AWACS təyyarələri yerləşdirəcək

NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyada uzaqmənzilli radiolokasiya aşkarlayıcı AWACS təyyarələri yerləşdirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mətbuat Xidməti məlumat yayıb.

"NATO AWACS təyyarələrini Rumıniyanın paytaxtı Buxarestə göndərəcək. Təyyarələr 2023-cü il yanvarın 17-də gəlməlidir. Bu təyyarələr NATO-nun regionda genişlənmiş hərbi mövcudluğunu dəstəkləyəcək və Rusiyanın hərbi fəaliyyətinə nəzarət edəcək", - alyansdan bildirilib.

Rumıniyada, ümumilikdə, 3 təyyarənin yerləşdiriləcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR