İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun sabiq baş katibindən sonra “Rus NATO-su”-nun baş katibi də İstisuya getdi

Ermənistanda işgüzar səfərdə olan KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Cermuk (İstusu) icmasına baş çəkib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, KTMT-nin baş katibi yerli hakimiyyət orqanları və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

İmanqali Tasmaqambetov 2022-ci ilin sentyabrındakı döyüşlər zamanı “zərər çəkdiyi” iddia olunan yerlərə baş çəkib.
KTMT-nin baş katibi yerlərdə vəziyyətlə tanış olub.

Qeyd olunur ki, KTMT-nin baş katibi Ermənistana iki günlük səfərə gəlib. Səfər çərçivəsində İmanqali Tasmaqambetov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Xatırladaq ki, NATO-nun sabiq baş katibi Andres Foq Rasmussen də Ermənistan səfərində İstisuya baş çəkmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR