İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baş katibliyinə sürpriz namizəd

ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyeni 2024-cü ildə NATO Baş katibliyinə ən yaxşı namizəd hesab edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” alyansdakı adı açıqlanmayan mənbələrə söykənərək məlumat yayıb.

Onlardan birinin dediyinə görə, ABŞ lideri yaxın 12 ay ərzində blokun hazırkı baş katibi Yens Stoltenberqə layiqli əvəzləyici tapmaqda çətinlik çəkir. Bu səbəbdən o, alman siyasətçini NATO-ya rəhbərlik etməyə inandırmağa çalışıb.

“Gələn il problemlə üzləşəcəyik, çünki vəziyyətin bu ildən heç də yaxşı olmayacağı indidən bəllidir”, - deyə başqa mənbə əlavə edib. Məlumata görə, Bayden və fon der Leyen arasında son illərdə Çin, Rusiya və Ukrayna məsələlərində “güclü bağ” formalaşıb. Məqalədə qeyd edildiyi kimi, Avropa Komissiyasının rəhbəri kəşfiyyat məsələlərində Vaşinqtona daha çox güvənir.

“The Daily Telegraph”ın yazdığına görə, Ursula fon der Leyenin fransız dilini mükəmməl bilməsi onun Fransa prezidenti Emmanuel Makrondan dəstəyini təmin edə bilər. Eyni zamanda, onun 2013-2019-cu illərdə Almaniyanın müdafiə naziri postunu tutması da diqqətçəkən məqamlardan sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR